Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsrin müqaviləsi  - tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib

16.09.2023

“Heydər Əliyev İli” çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi  - tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Öncə tədbir iştirakçılarına , Ümummilli Lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən fotolar haqqında geniş məlumat verilib. Daha sonra Mərkəzin kiçik elmi işçisi  “Əsrin müqaviləsi  - tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda çıxış edib.
Tədbirin sonunda “Heydər Əliyev 100” adlı sənədli film  izlənilib.

 

91.5 KB

 

83.6 KB